İtaliyanın məşhur klubu 10 avroya satıldı

18:18 - 3 Dekabr 2018

İtaliyanın "Palermo" klubunun sahibi dəyişib.

 

Sportal.az xəbər verir ki, Mauritsio Zamparini klubun səhmlərinin hamısını satıb. 

 

Zamparini klubu rəmzi olaraq 10 avroya satıb.  Bunun səbəbi mətbəx ləvazimatları və məişət əşyaları istehsal edən şirkətin "Palermo"nun 22.8 milyon avroluq borcunu ödəməklə bağlı öhdəlik götürməsidir.  Yeni sahiblərin klub rəhbərliyi, məşqçilər və futbolçularla bu həftə görüşəcəyi bildirilir.  

 

Qeyd edək ki, Zamparini kluba 16 il sahiblik edib.  Bu mövsüm B Seriyasında çıxış edən "Palermo" hal-hazırda 13 oyuna 26 xalla 1-ci yeri tutur.  

Xəbər xətti