Adı millimizlə hallanan baş məşqçi: "Konkret təklif gözləyirəm"

15:48 - 12 Dekabr 2018

Millimizin baş məşqçisi postuna namizəd olan Canni de Byazi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 1 ildir ki, işsiz qalan mütəxəssis yığma komandamızdan aldığı təklif barədə danışıb:

 

"Mən qarşı tərəfdən bəzi layihələri və konkret müqavilə təklif etmələrini gözləyirəm. "Bolonya" ilə adımın hallanmasını isə yalnız mətbuatda görürəm. Onlarla görüşüm baş tutmayıb".

 

AFFA italiyalı mütəxəssislə bu həftə həlledici danışıqlar aparacaq. İtaliya mətbuatının məlumatına görə, 62 yaşlı çalışdırcı AFFA-nın şərtlərini qəbul etsə, təyinat baş tutacaq.

 

De Byazi İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 2011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. Mütəxəssis son olaraq, 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb.

Xəbər xətti