Cari mövsüm sərgilədiyi oyunla diqqət mərkəzində olan "Cenoa"nın hücumçusu Kşiştof Pentek baş məşqçi Çezare Prandellidən 10 bal alıb.
Sportal.az xəbər verir ki, ötən günlərdə baş məşqçi postuna gətirilən təcrübəli mütəxəssis polşalı futbolçunu nadir görülən hücumçulardan biri kimi qələmə verib: "Pentek çox güclü hücumçudur. Son nöqtəni əla qoyur. Bir çox çempion futbolçularla çalışmışam, amma Pentek gördüyüm nadir istedadlardan biridir".
Polşa millisinin üzvünün "Cenoa" ilə müqaviləsi 2022-ci ilə qədərdir. 23 yaşlı forvard cari mövsüm A Seriyasında 16 oyuna 12 qol vurub.
saytlarin hazirlanmasi