"Milan"In baş məşqçisi Cennaro Qattuzo komandasına və özünə olunan tənqidlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis sərt tənqidlərə məruz qalmalarından razı olmadığını dilə gətirib:
"Rəhbərlik bizdən mövsümün sonunda Çempionlar Liqasına qatılmağımızı istəyir. Biz də indi çempionatda 4-cü yerdə gedirik. Ancaq insanlar bizi 8-ci pillədə olan komanda kimi tənqid edirlər".
Qeyd edək ki, Seriya A-da 27 xalla 4-cüdür. "Qırmızı qaralar" 17-ci turda "Fiorentina"nı qəbul edəcək.
saytlarin hazirlanmasi