"Yuventus"dan 408 milyon avroluq anlaşma

17:09 - 22 Dekabr 2018

"Yuventus" "Adidas" şirkətiylə müqaviləni yeniləyib.

 

Sportal.az xəbər verir ki, şirkət İtaliya klubu ilə 2027-ci ilin yayına kimi müqaviləni uzadıb. Yeni anlaşmaya görə, bu müddət ərzində "qoca sinyora" ən azı 408 milyon avro gəlir əldə edəcək. Yeni saziş 2019/2020 mövsümündən qüvvəyə minəcək. Şirkət "ağ-qara"ların bütün yaş qruplarından ibarət komandalarının sponsoru olacaq.

 

Məlumata görə, "Yuventus" hər mövsüm "Adidas"dan ən azı 51 milyon avro alacaq.

Xəbər xətti