"İnter" yarımmüdafiəçisi Raca Nainqqolanı sərt şəkildə cəzalandırıb.
Sportal.az xəbər verir ki, belçikalı futbolçu müvəqqəti olaraq, əsas heyətdən uzaqlaşdırılıb. Buna onun intizamsızlığı səbəb olub. İtaliya mətbuatı 30 yaşlı futbolçunun məşqə gecikdiyi üçün bu cəzaya məruz qaldığını yazıb.
Qeyd edək ki, "İnter" Nainqqolanı yayda "Roma"dan 38 milyon avro + Nikola Zalino qarşılığında transfer etmişdi.
saytlarin hazirlanmasi