İtaliya A Seriyasında 19-cu turun oyunları təxirə salına bilər.
Sportal.az xəbər verir ki, buna 18-ci turun "İnter" - "Napoli" matçında (1:0) baş verən hadisələr olub. Qarşılaşmadan öncə "Napoli"nin 4 fanatı bıçaqlanıb, xəsarət alan "İnter" azarkeşi isə vəfat edib. Oyun zamanı isə neapolluların müdafiəçisi Kalidu Kulibali 80-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edəndə azarkeşlər tərəfindən irqçi şüarlara məruz qalıb.
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina aparılacaq müzakirələrdən sonra 19-cu turun matçlarının təxirə salınıb-salınmaması ilə bağlı qərar verəcəklərini deyib.
Qeyd edək ki, A Seriyasında 19-cu turun matçlarının dekabrın 29-da keçirilməsi planlaşdırılır.
saytlarin hazirlanmasi