"Mançester Yunayted"in cinah müdafiəçisi Eşli Yanq İtaliyanın "İnter" klubundan təklif alıb.
Sportal.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Xəbərdə qeyd edilib ki, Milan təmsilçisi 33 yaşlı futbolçuya 2 illik müqavilə təklif edib. Nəşrin iddiasına görə, ingilis futbolçu bu təklifi geri çevirəcək. Yanqın "Mançester Yunayted"dən ayrılmaq niyyətində olmadığı vurğulanıb.
Qeyd edək ki, Eşli Yanq 2011-ci ildə "Aston Villa"dan "Mançester Yunayted"ə keçib.
saytlarin hazirlanmasi