"Çelsi"ni seçməyimdə anamın böyük təsiri oldu"

13:13 - 2 Yanvar 2019

Yay transfer dönəmində "Napoli"dən "Çelsi"yə keçən Jorjinyo "Mançester Siti"dən imtina etməsinin səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İtaliya millisinin üzvü anasıyla məsləhətləşdikdən sonra bu qərarı verdiyini deyib:

 

"Çelsi"də olduğum üçün xoşbəxtəm. Artıq baş verənlər olub, buna görə də hər şeydən razıyam. "Çelsi"ni seçməyimdə anamın böyük təsiri oldu. Qərar qəbul etməli olanda hər zaman anamla danışıram. Bütün qərarlarımda anam yanımda olur".

 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 57 milyon avroya "Çelsi"yə transfer edilmişdi. Braziliya əsilli futbolçu 2016-cı ildən İtaliya yığmasına dəvət alır.

Xəbər xətti