"Sevilya" hücumçusu Luis Murieli icarəyə verib.
Sportal.az xəbər verir ki, Kolumbiya millisinin üzvü karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Daha öncə "Milan"la böyük ölçüdə razılığa gələn Muriel "Fiorentina" ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.
Qeyd edək ki, əndəlüsiyalılar Murieli 2017-ci ildə "Sampdoria"dan 20 milyon avroya transfer edib. 27 yaşlı hücumçu cari mövsüm 19 oyuna 4 qol vurub, 4 assist edib.
saytlarin hazirlanmasi