"İnter"in müdafiəçisi PSJ-nin hədəfində

17:48 - 3 Yanvar 2019

Fransa I Liqasının lideri PSJ İtaliyanın "İnter" klubunda çıxış edən Joao Mirandanı transfer etmək istəyir.

 

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, PSJ baş məşqçisi Tomas Tuhelin istəyilə Mirandanı rənglərinə bağlamaq istəyir. Braziliya millisinin üzvü üçün parislilər Milan klubu ilə görüş keçirib. Məlumata görə, Miranda PSJ-də oynamağa müsbət baxır. Xəbərdə qeyd edilib ki, futbolçunu "Roma" da transfer etmək istəyir.

 

Qeyd edək ki, "İnter" 34 yaşlı müdafiəçini 2015-ci ildə "Atletiko"dan 15 milyon avroya transfer etmişdi.

Xəbər xətti