Adı "Beşiktaş" və "Leyptsiq"lə hallanan Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu transfer dedi-qodularına münasibət bildirib.
Sportal.az xəbər verir ki, "TRT Spor"a açıqlama verən 24 yaşlı yarımmüdafiəçi klubdan ayrılmayacağını deyib:
"Milan"dayam və bu klubun üzvüyəm. Burada özümü xoşbəxt hiss edirəm. Hazırda transfer məsələləri gündəmdə yoxdur. Həftəsonu keçirəcəyimiz oyuna hazırlaşıram".
Qeyd edək ki, Çalhanoğlu cari mövsüm "Milan"da 22 oyuna 1 qol vurub, 9 assist edib.