"Roma" ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Cengiz Ünder İtaliya A Seriyasının 20-ci turunda "Torino" ilə matçda sıradan çıxıb. 6-cı dəqiqədə zədələnərək, meydanı tərk edən futbolçu uzun müddət oynamayacaq. Komandanın baş məşqçisi Eysebio Di Françesko türkiyəli ulduzun zədəsi barədə bunları deyib: "Dəqiq budur ki, Cengiz uzun müddət bizimlə olmayacaq. Əzələsində ciddi ağrılar var. Uzun müddət oynamayacaq".
21 yaşlı sağ cinah vinqeri cari mövsüm "canavarlar"ın heyətində 25 oyuna 6 qol vurub, 9 assist edib.
saytlarin hazirlanmasi