“Sampdoriya” İtaliya A Seriyasının 20-ci turunda evdə “Udineze”yə 4:0 hesabı ilə qalib gəlib.
Sportal.az "Opta"ya istinadən xəbər verir ki, qarşılaşmada dubla imza atan “Sampdoriya”nın forvardı Fabio Kvalyarella rekorda imza atıb.
35 yaşlı futbolçu A Seriyasında ardıcıl 11 oyunda qol vurub. Təcrübəli futbolçu ardıcıl bu göstəricidə keçmiş argentinalı hücumçu Qabriel Batistutaya şərik olub.
Batistuta A Seriyasında 1994/95 mövsümündə ardıcıl 11 oyunda qol vurmağı bacarmışdı. Kvalyarella növbəti turda da fərqlənsə, rekordu yeniləyəcək.
saytlarin hazirlanmasi