"İnter"in futbolçusunun millimizə qarşı oynamaycağı dəqiqləşdi

14:07 - 8 Fevral 2019

AÇ-2020-nin seçmə mərhələsində ilk oyununu evdə Azərbaycan yığmasına qarşı keçirəcək Xorvatiya millisində itkilər var.

 

Sportal.az xəbər verir ki, komandanın sağ cinah müdafiəçisi Şime Vrsalko dizindən əməliyyat ediləcək. 27 yaşlı futbolçu 6 ay oynamayacaq.

 

Bundan əlavə, Xorvatiya millisində Yosip Pivariç, Antonio Miliç, Matey Mitroviç, Due Çaleta-Çar zədəli, Deyan Lovren isə cəzalıdır.

 

Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə yerləşən “Maksimir” stadionunda keçiriləcək.

Xəbər xətti