UEFA Avropa Liqasının 1/16 final mərhələsində "Sürix"in qonağı olacaq "Napoli"nin baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Liqasındakı hədəfləri barədə danışıb:
"Son çıxışlarımız elə də yaxşı deyil. Təəssüf ki, oyunumuzu istənilən kimi effektiv edə bilmirik. Avropa Liqasını qazanmağı bacarsaq, bu, mövsümü unudulmaz edə bilər. Uzun və rəqabətli yoldur. Ancaq biz bu yollardan keçə bilərik. Daha çox şey edə bilərik. Kubok qazanmaq köməyimizə dəyəcək".
Qeyd edək ki, Avropa Liqasının finalı Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi