İtaliyanın "İnter" klubu müqaviləni uzatmaqla bağlı razılığa gələ bilmədiyi Mauro İkardidən kapitanlıq bazubəndini aldı.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, argentinalı hücumçu Milan təmsilçisinin Avropa Liqasının 1/16 final mərhələsində Vyana "Rapid"i ilə keçiriləcək görüşün iştirak ərizəsinə salınmayıb.
25 yaşlı forvardın "İnter"lə 2021-ci ilə kimi müqaviləsi var.
Qeyd edək ki, 2013-cü ildə "Sampdoriya"dan transfer edilən futbolçu 210 oyuna 122 qol vurub.
saytlarin hazirlanmasi