"Benfika"nın 19 yaşlı futbolçusu nəhənglərin transfer hədəfində

14:52 - 19 Fevral 2019

Cari mövsüm "Benfika"da nümayiş etdirdiyi oyunla diqqətləri üzərinə çəkən Juan Feliş Sekeyra nəhənglərin diqqətini çəkib.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Yuventus", "Real", "Mançester Yunayted", "Barselona" və PSJ kimi klublar 19 yaşlı yarımmüdafiəçini hədəfə alıblar. Xəbərdə "Barselona" və PSJ-nin bir addım öndə olduğu qeyd edilib.

 

Felişin sərbəst qalma qitməyi 120 milyon avrodur.

 

Qeyd edək ki, portuqaliyalı futbolçu ötən ildən "Benfika"nın əsas heyətində çıxış edir.

Xəbər xətti