“Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Atletiko"nun qonağı olacaq.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, Turin klubunun futbolçusu Sami Xediranın ürəyində problem aşkarlanıb. 31 yaşlı futbolçunun ürək döyüntülərində ritm pozğunluğu aşkar edilib. Almaniya millisinin üzvü bu səbəbdən Madrid aparılmayıb.
Qeyd edək ki, "Atletiko" - "Yuventus" oyunu bu gün Bakı vaxtı ilə 00:00-da başlayacaq.
saytlarin hazirlanmasi