"Roma"dan Di Françeskoya son şans

17:32 - 4 Mart 2019

İtaliya A Seriyasının son turunda "Latsio" ilə derbi matçında uduzan "Roma"nın baş məşqçisi Eusebio Di Françeskonun gələcəyi təhlükə altındadır.

 

Sportal.az "Football Iitalia"ya istinadən xəbər verir ki, "canavarlar" Çempionlar Liqasının 1/8 final mərhələsində "Portu" ilə cavab görüşündə mübarizəni dayandırsa, baş məşqçi dəyişikliyinə gedəcək. İlk oyunda Portuqaliya təmsilçisini evdə məğlub edən (2:1) "Roma"nın baş məşqçisi Eusebio Di Françeskonun taleyi bu oyundan asılıdır. Xəbərdə Di Françeskonun əvəzinə "Fiorentina"nın çalışdırıcısı Paulu Sousa namizəd göstərilib.

 

Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2017-ci ildən "Roma"nı çalışdırır.

Xəbər xətti