"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri ÇL-in 1/8 fianl mərhələsinin ilk oyununda "Atletiko"ya uduzduqları oyundan sonra komanda üzvlərinin Turində 60 qadınla parti təşkil etməsi xəbərinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis məlumatın doğru olmadığını bildirib:
"Mən baş məşqçiyəm, gözətçi yox. Həm də o, şam yeməyi olub. Uşaqlar əylənib, yaxşı əhval-ruhiyyə olub. Həmin görüşdən sonra "Napoli"ni məğlub etdik. Bu görüş bizə uğur gətirdi".
saytlarin hazirlanmasi