Ançelottidən PSJ açıqlaması: "Özümü körpüdən atardım"

18:09 - 8 Mart 2019

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti PSJ-nin Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"ə 1:3 hesabı ilə udzaraq, mübarizəni dayandırmasından danışıb.

 

Sportal.az xəbər verir ki, italiyalı çalışdırıcı nəticəni inanılmaz adlandırıb: "Bu, inanılmaz nəticədir. PSJ-nin ehtiyat oyunçular skamyasında əyləşsəydim, nə edərdim, bilmirəm. Çox ehtimal, ən yaxın körpüyə gedib, özümü atardım".

 

Qeyd edək ki, 59 yaşlı mütəxəssis 2012/13 mövsümündə PSJ-nin baş məşqçisi olub.

Xəbər xətti