"Tottenhem" transfer səssizliyini Kyeza ilə pozacaq?

12:17 - 12 Mart 2019

Son iki transfer dönəmində heyətinə oyunçu qatmayan "Tottenhem" yayın planlarını cızır.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Maurisio Poçettino "Fiorentina"da çıxış edən Federiko Kyezanı komandasında görmək istəyir. Xəbərdə qeyd edilib ki, "Tottenhem" bu keçid üçün 70 milyon avro xərcləməyə hazırdır.

 

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçinin "Fiorentina" ilə 2022-ci ilə qədər müqaviləsi var. İtaliya millisinin üzvü bu mövsüm 30 oyuna 11 qol vurub, 8 assist edib.

Xəbər xətti