Xorvatiya millisinin və İtaliyanın "İnter" klubunun yarımmüdafiəçisi Marselo Brozoviçin durumuna aydınlıq gəlib.
Sportal.az 24sata.hr saytına istinadən xəbər verir ki, A Seriyasında SPAL-la görüşün 42-ci dəqiqəsində zədələnən futbolçunun durumu ciddi deyil. Əzələsi dartılan futbolçu sabah Milan təmsilçisinin Avropa Liqasında "Ayntraxt"a qarşı keçirəcəyi oyunu buraxacaq. Lakin 27 yaşlı futbolçu Xorvatiya millisinə kömək edə biləcək.
Qeyd edək ki, Xorvatiya martın 21-də millimizi qəbul edəcək, 3 gün sonra Macarıstanın qonağı olacaq.
saytlarin hazirlanmasi