Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Atletiko"nu 3:0 hesabı ilə məğlub edərək, mərhələ adlayan "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis zəfəri şərh edib: "Uşaqlar möhtəşəm idilər. Texniki və fiziki cəhətdən güclü olduqlarını sübut etdilər. İlk oyunu da belə planlaşdırmışdıq, lakin alınmamışdı. Hər kəs bu oyunu gözləyirdi. Futbolçulara sakit olmalarını demişdim. Əks halda daha çətin durumla üzləşə bilərdik. Komandam xarakter göstərdi və sona qədər ritmdə qaldı".
Alleqri komandanın sabiq qapıçısı Canluici Buffonun "Yuventus"u təbrik etməsi barədə danışıb: "Buffon "Yuventus" tarixinin çox önəmli adlarından biridir. PSJ - "Mançester Yunayted" matçında Buffon üçün üzülmüşdük. Finala qədər getməyə çalışacağıq və Buffonu da gətirəcəyik".
saytlarin hazirlanmasi