Braziliyalı futbolçu Joao Miranda İtaliyanın "İnter" klubundan ayrılmağa qərar verib.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçiylə Fransanın "Monako" və Portuqaliyanın "Benfika" klubları maraqlanır. Milan Şkriniar və Stefan de Vreyin kölgəsində qalan təcrübəli futbolçu Milan təmsilçisindən ayrılmağa qərar verib. Mirandanın Çin klublarında da ciddi təkliflər aldığı iddiaları var.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2015-ci ildə "Atletiko"dan "İnter"ə keçib.
saytlarin hazirlanmasi