"Portu"nun ispaniyalı qapıçısı İker Kasilyas infarkt keçirib.
Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, 37 yaşlı əlcək sahibi xəstəxanaya yerləşdirilib. Onun həyatı təhlükə altında deyil. Klub məşqdə özünü narahat hiss edən təcrübəli qolkiperin mövsümün sonuna qədər oynamayacağını bəyan edib.
Portuqaliya mətbuatı İspaniya millisinin sabiq üzvünün karyerasını bitirmək məcburiyyətində olduğunu yazıb.
saytlarin hazirlanmasi