"Sabah"ın hazırlıq planı müəyyənləşdi

15:23 - 16 May 2019

“Sabah”ın 2019/20 mövsümü üçün hazırlıq planı bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda iyunun 17-də Bakıda toplaşacaq. Paytaxtda baş tutacaq hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu keçiriləcək.

 

Hazırlığın ikinci mərhələsi isə Türkiyənin Bolu şəhərində baş tutacaq. Paytaxt təmsilçisi iyulun 16-da qonşu ölkəyə yollanacaq. Türkiyədəki təlim-məşq toplanışı iyulun 29-dək davam edəcək.

 

“Sabah” Boluda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Xəbər xətti