Ötən gün "Portu"nun qapıçısı İker Kasilyasın karyerasını başa vurduğu barədə xəbərlər yayıldı.
Sportal.az xəbər verir ki, 37 yaşlı qapıçı "Twitter" hesabında məlumatı təkzib edib. "Karyeramı başa vuracağım gün mütləq gələcək. O an gələndə həmin xəbəri sizinlə paylaşmağıma icazə verin. İndi sakitlikdir. Dünən həkim Felipe Mekado ilə görüşdüm. Hər şey çox yaxşıdır. Bu, mənim hər kəslə paylaşmaq istədiyim möhtəşəm xəbərdir", - deyə Kasilyas qeyd edib.
Təcrübəli qapıçı bir müddət öncə məşqdə infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Ötən gün Portuqaliya mətbuatında ispaniyalı qolkiperin karyerasını başa vurduöu barədə məlumatlar yayılmışdı.
Kasilyas futbola 1990-cı ildə Madrid "Real"ın başlayıb və 1998-ci ildə peşəkar karyera qurub. O, 2015-ci ildə "Portu"ya keçib. Təcrübəli qapıçı 2000-2016-cı illərdə İspaniya millisində 167 oyun keçirib.
saytlarin hazirlanmasi