Portuqaliya Premyer Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, sonuncu - 34-cü turda evdə "Santa Klara"nı 2:1 hesabı ilə məğlub edən "Benfika" xallarını 87-yə çatdırıb və çempion olub.
Lissabon təmsilçisi ən yaxın izləyicisi "Portu"nu 2 xal qabaqlayıb.
"Benfika" tarixi ərzində 37-ci çempionluğunu qazanıb və Portuqaliyada rekord göstəricidir.
"Benfika" Portuqaliyanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək. "Portu" isə ÇL-in təsnifat mərhələsindən mübarizəyə başlayacaq. "Sportinq", "Braqa" və "Vitoriya" klubları Avropa Liqasında çıxış edəcək.
saytlarin hazirlanmasi