Kasilyasa daha bir şok xəbər

13:53 - 22 May 2019

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas həyat yoldaşı Sara Karbonero xərçəng xəstəliyindən müalicə aldığını bəyan edib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı xanım jurnalist sosial şəbəkə hesabında yumurtalıq xərçənginə yoluxduğunu bildirib

 

"Həyat bizi yenidən təəccübləndirdi. Bir neçə gün öncə həkim müayinəsi zamanı vücudumda pis xassəli yumurtalıq şişinə rast gəlindi. Buna görə artıq əməliyyat edildim. Hər şey çox yaxşı getdi. Demək olar, şişi çox erkən aşkarladıq. Müalicəyə davam edirik. Sakitəm və hər şeyin yolunda gedəcəyindən əminəm. Bu yolun çətin olacağını ancaq xoş sonluqla bitəcəyini bilirəm. Ailəmin, dostlarımın və həkimlərin bütün varlıqları ilə yanımda olduqlarını bilirəm", - deyə Karbonero qeyd edib.

 

Bir neçə gün öncə İker Kasilyas məşq zamanı ürək tutması keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.

 

Kasilyas və Karboneronun iki övladı var.

Xəbər xətti