"Portu"nun qapıçısı İker Kasilyas gələcək karyerası barədə açıqlama verib.
Sportal.az xəbər verir ki, 37 yaşlı qapıçı "Twitter" hesabında yenidən həkim müəyinəsindən keçəcəyini bildirib. "Bir ay öncə ilə müqayisədə yenilik yoxdur. Sabah yenidən həkim müayinəsindən keçməliyəm. Hər birinizi qucaqlayıram", - deyə Kasilyas qeyd edib.
Təcrübəli qapıçı bir müddət öncə məşqdə infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Kasilyas futbola 1990-cı ildə Madrid "Real"ın başlayıb və 1998-ci ildə peşəkar karyera qurub. O, 2015-ci ildə "Portu"ya keçib. Təcrübəli qapıçı 2000-2016-cı illərdə İspaniya millisində 167 oyun keçirib.
saytlarin hazirlanmasi