Portuqaliyanın "Portu" klubu ötən mövsümün böyük hissəsini zədə səbəbindən buraxan Vinsent Abubakarı transfer çıxarıb.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, kamerunlu futbolçu təlim-məşq toplanışında zəif performans sərgilədiyi üçün bu addım atılıb.
Klub sərfəli təklifləri dəyərləndirməyə hazırdır.
27 yaşlı forvard 2014-cü ildən "əjdahalar"da çıxış edir. O, 2016/17 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirib.
saytlarin hazirlanmasi