Portuqaliya Premyer Liqasında üçüncü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Pasuş de Ferreyra" klubu səfərdə "Boavişta" ilə 1:1 hesablı heç-heçə edib.
Renat bu görüşdə debüt imkanı qazanıb. Start heyətdə oyuna başlayan 20 yaşlı forvard 80-ci dəqiqədə əvəzlənib.
"Pasuş de Ferreyra" üç turdan sonra bir xal toplayıb və sonuncu - 18-ci sırada qərarlaşıb.
saytlarin hazirlanmasi