Baş məşqçi Renat Dadaşovun debütündən danışdı

13:46 - 26 Avqust 2019

"Pasuş de Fereyra"nın baş məşqçisi Felipe Andre Roşa Azərbaycan millisinin üzvü Renat Dadaşovun Portuqaliya Premyer Liqasındakı debütündən danışıb.

 

Sportal.az "O Jogo"ya istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Premyer Liqanın 3-cü turunda "Boavişta" ilə səfər matçında (1:1) 79 dəqiqə oynayan gənc futboludan razılığını dilə gətirib:

 

"Dadaşovun ilk oyunundan razıyam. Bütün komandada olduğu kimi, onda da hər şey alınmırdı. Ancaq komandamızın vacib oyunçusu olmaq üçün bütün keyfiyyətlərə sahibdir. Renat tamamilə bizim konsepsiyamıza uyğun gəlir".

 

Müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan 20 yaşlı forvard "Pasuş de Fereyra"da icarə əsasında çıxış edir.

Xəbər xətti