"Sportinq" baş məşqçisini istefaya göndərdi

12:12 - 4 Sentyabr 2019

Portuqaliyanın "Sportinq" klubu baş məşqçi Marsel Kayzerlə yolları ayırıb.

 

Sportal.az record.pt saytına istinadən xəbər verir ki, komandanın çempionatda 4 turdan sonra 7 xal toplaması klub rəhbərliyini qane etməyib. Bu səbəbdən də 50 yaşlı mütəxəssis istefaya göndərilib.

 

Lissabon klubunu müvəqqəti olaraq gənclər komandasını çalışdırmış Leonel Ponteş çalışdıracaq.

 

Hollandiyalı mütəxəssis 2018-ci ildə "Sportinq"in baş məşqçisi təyin edilmişdi.

Xəbər xətti