AÇ-2020-nin seçmə mərhələsinin B qrupunda Litvanı 5:1 hesabı ilə məğlub edən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo matça damğa vurdu.
Sportal.az xəbər verir ki, oyunda dörd qol vuran 34 yaşlı hücumçu 7, 62 və 65-ci dəqiqələrdə fərqlənməklə het-trikini rəsmiləşdirib. Bununla da Ronaldo millidə 8-ci het-trikini reallaşdırıb.
Ronaldo milli komanda karyerasında 93-cü qolunu vurub. Milli komandalar tarixində ən çox qol vuran futbolçu ünvanını ələ keçirməyə iddialı olan ulduz futbolçu İran millisində 109 qol vuran Əli Daeni izləyir.
Bundan əlavə, Ronaldo Portuqaliya millisində 40 fərqli yığmaya qol vurmağı bacarıb. Onun qol vurduğu yığmalar arasında Azərbaycan millisi də var.
Ronaldo 25 qolla Avropa çempionatlarının seçmə mərhələ tarixlərinin bombardiridir.
saytlarin hazirlanmasi