“Portu” Abubakarın satış qiymətini müəyyənləşdirdi

18:18 - 20 Noyabr 2019

“Portu” hücumçusu Vinsent Abubakarı satmaq fikrindədir.

 

Sportal.az xəbər verir ki, “əjdahalar” kamerunlu hücumçunu 3 milyon avroya satmağa hazırdır. Zədədən sonra heyətə düşə bilməyən 27 yaşlı forvardın illik maaşı 2,9 milyon avrodur. Portu bu yükdən qurtulmaq üçün qışda təklifləri dəyərləndirəcək.

 

“Portu” yayda Abubakar üçün 10 milyon avro tələb edirdi.

 

Dizindən ağır zədə almasından sonra Abubakar əsas heyətdə yerini Mussa Mareqaya uduzub.

 

Abubakar 2014-cü ildən “Portu”da çıxış edir. O, bu mövsüm 2 oyun meydanda olub.

Xəbər xətti