Belarusun BATE klubu baş məşqçisi Aleksey Baqa ilə yolları ayırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə başa çatan müqavilə uzadılmayıb
Borisovlular ölkə çempionu olmadığı üçün belə qərar qəbul edib. BATE ardıcıl 13 mövsüm Belarus çempionu olmuşdu. Bu mövsüm qalib adını Minsk "Dinamo"su qazanıb.
Gənc mütəxəssis 2011-ci ildən BATE-də çalışırdı. O, 2018-ci ildə komandanın baş məşqçisi təyin edilmişdi.
saytlarin hazirlanmasi