Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün səhər saatlarında növbəti məşqə çıxıb. Əvvəlcə fitnes zalında müxtəlif fiziki təmrinləri yerinə yetirən futbolçular, daha sonra hazırlığı yaşıl meydanda davam etdiriblər. Məşq zamanı əsasən topla çalışmalara üstünlük verilib. Düşərgəyə dünən qoşulan Marko Deviç də “Sabah”da ilk məşqinə çıxıb.
Axşam saatlarında komandanın daha bir məşqi nəzərdə tutulub.
saytlarin hazirlanmasi