Nigeriyalı futbolçu oyun zamanı vəfat etdi

15:52 - 9 Mart 2020

Nigeriya çempionatında futbolçu ölümü baş verib.

 

Sportal.az xəbər verir ki, “Nasarava” - “Katsina Yunayted" matçında meydan sahiblərinin futbolçusu Çieme Martins rəqiblə toqquşmadan sonra yerdə qalıb. Onu xəstəxanaya aparmaq istəsələr də, təcili tibbi yardım maşını işə düşməyib.

 

Onu jurnalistlərdən birinin maşını ilə xəstəxanaya aparmaq mümkün olub. Lakin futbolçu xəstəxanada gözlərini əbədi yumub.

 

“Nasarava” klubunun üzvlərinə komanda yoldaşlarının ölüm xəbəri oyundan sonra verilib. Xəbərdən sonra oyunçular göz yaşlarını saxlaya bilməyib.

 

Martinsin həyatını xilas etməyin mümkün olduğu qeyd edilir. Lakin tibbi yardım maşınının işə düşməsi üçün sərf edilən vaxt ölümə səbəb olub.

Xəbər xətti