Cənubi Amerikanın iki klub yarışı - Libertadores və Sudamerikana kubokları təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, CONMEBOL koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə matçların keçirilməməsinə qərar verib.

 

Turnirlər mayın 5-dək baş tutmayacaq.

 

Daha öncə CONMEBOL milli komandaların yarışdığı Kopa Amerika turnirni 2021-ci ilə təxirə salmışdı.