Kuarejma karyerasını "Portu"da bitirmək istəyir

11:23 - 27 Aprel 2020

"Kasımpaşa"nın futbolçusu Rikardu Kuarejma keçmiş klubu "Portu"nun kanalına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı portuqaliyalı yarımmüdafiəçi yenidən "Portu"da oynamaq arzusunda olduğunu deyib:

 

"Portu"ya qayıtmağı çox istəyirəm. "Kasımpaşa" ilə müqaviləm mövsümün sonunda bitir və buradakı gələcəyim dəqiq bilinmir. Bunu dəqiqləşdirmək üçün klubla görüşəcəm. İndiki vəziyyətə görə danışıq apara bilmirik. Məndən olsa, karyeramı "Portu"da bitirmək istəyərdim. Ancaq hər şey məndən asılı deyil. Portuqaliyadakı evim Lissabonda deyil, Portuda yerləşir".

 

"Sportinq"in yetirməsi 2004-2008-ci illərdə "Portu"da çıxış edib. Portuqaliya millisinin sabiq üzvü 2014/15 mövsümündə də "əjdahalar"da oynayıb.

Xəbər xətti