Santuşun müqaviləsi uzadıldı

21:53 - 16 İyun 2020

Portuqaliya Futbol Federasiyası millinin baş məşqçisi Fernandu Santuşla yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, 65 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər davam edəcək.

 

Santuş 2014-cü ildən millini çalışdırır. Komanda onun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionatının, 2018-2019 mövsümündə isə Millətlər Liqasının qalibi olub.

Xəbər xətti