Portuqaliyanın "Pasuş de Ferreyra" klubunun futbolçusu Pedrinyu Azərbaycandan təklif alıb.
Sportal.az "A Bola" nəşrinə istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin klubu ilə mövsümün sonunda başa çatacaq müqaviləsi uzadılmayacaq.
Çempionat bitdikdən sonra azad agent statusu daşıyacaq portuqaliyalı futbolçuya Kipr və Azərbaycandan təklif var. Nəşrdə onunla maraqlanan Azərbaycan klubunun adı açıqlanmayıb.
Pedrinyu 2016-cı ildən "Pasuş de Ferreyra"da çıxış edir. O, ötən mövsüm 35 oyunda 3 qol vurub, 3 assist edib.
saytlarin hazirlanmasi