"Benfika" PSJ ilə müqaviləsini uzatmayan Edinson Kavani ilə maraqlanır.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi azad agent statusu daşıyan uruqvaylı hücumçunu rənglərinə bağlamaq üçün danışıqlar aparır. Komandanın yeni baş məşqçisi Jorji Jezuş 33 yaşlı futbolçu ilə maraqlandıqlarını təsdiq edib:
"Klub prezidenti bu transfer üçün əlindən gələni edir. Əlbətt, asan məsələ deyil".
Məlumata görə, "Benfika" təcrübəli futbolçuya illik 9 milyon avro maaş təklif edib. Tərəflərin tezliklə anlaşacağı iddia edilir.
Kavani 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O, komandada 301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi