Portuqaliyalı futbolçu Pedrinyo Azərbaycandan təklif alıb.
Sportal.az xəbər verir ki, bunu 28 yaşlı yarımmüdafiəçi özü yerli mətbuata açıqlayaraq, eyni zamanda Latviyaya yollanmağı üstün tutduğunu sözlərinə əlavə edib.
Belə ki, “Pakuş Fereyra” ilə müqavilə müddəti başa çatan Pedrinyo “Riqa” klubu ilə anlaşıb. O, Azərbaycandan gələn təklifi rədd etməsinin səbəbini də açıqlayıb: “Moldova və Azərbaycandan təkliflərim var idi. Düzdür, koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzərə alıb Latviyanın daha təhlükəsiz olacağını düşündüm. Lakin son vaxtlar burada da yoluxma halı artıb. Həm də daha yüksək rəqabətli çempionatda oynamaq istədim”.
Pedrinyo karyerasında ilk dəfə legioner həyatı yaşayır.
Qeyd edək ki, "Riqa"ya yay fasiləsində "Neftçi"nin yollarını ayırdığı braziliyalı yarımmüdafiəçi Dario Federiko keçib.
saytlarin hazirlanmasi
