"Sevilya" "Atalanta"nın kapitanı Alexandro "Papu" Qomesin transferini tamamlayıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə 3,5 illik razılıq əldə edilib. Əndəlüslər təcrübəli oyunçunun keçidi üçün 5,5+3 milyon avro təzminat ödəməyi qəbul edib.
Hücumameyilli yarımmüdafiəçi ötən mövsüm keçirdiyi 46 matçda 8 qol vurub, 18 məhsuldar ötürmə edib. 2014-cü ildən "Atalanta"da çıxış edən təcrübəli oyunçu bu mövsüm meydana çıxdığı 16 qarşılaşmada 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi