Portuqaliya millisində Azərbaycanla oyundan öncə itki

13:32 - 16 Mart 2021

İngiltərənin "Vulverhempton" klubunun qapıçısı Ruy Patrisiu Premyer Liqanın 28-ci turunda "Liverpul"la matçda ciddi zədələnib.

 

Sportal.az xəbər verir ki, komandanın kapitanı Konor Kodi 86-cı dəqiqədə topu uzaqlaşdırmaq istəyərkən dizi ilə Portuqaliya yığmasının qapıçısının başına vurub. 33 yaşlı qapıçı 14 dəqiqəlik müayinədən sonra xərəkdə meydanı tərk edib.

 

Komandanın baş məşqçisi Nunu Eşpiritu Santu mətbuat konfransında təcrübəli qapıçının həyatı üçün ciddi təhlükə olmadığını deyib.

 

Portuqaliya millisi martın 24-də İtaliyadakı "Allyans" stadionunda Azərbaycan yığmasını qəbul edəcək.

Xəbər xətti