DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Azərbaycanla qarşılaşacaq Portuqaliya yığmasında daha bir dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, millinin müdafiəçisi Pepe zədəli olduğu üçün millinin heyətindən çıxarılıb.
38 yaşlı müdafiəçi “Portu”nun heyətində Premyer Liqada “Portimonense”yə qarşı keçirdikləri oyunda zədələnib. Onun əvəzinə milliyə “Sportinq”dən Netu dəvət olunub.
Portuqaliya millisi martın 24-də, İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda Azərbaycanla qarşılaşacaq.
Portuqaliya yığmasında bundan əvvəl qapıçı Rui Patrisiu heyətdən çıxarılmışdı.
saytlarin hazirlanmasi